Əlaqə Arxiv
news Image
2013.08.29
12:25
| A A A
Qeydiyyat başa çatır

Ali məktəblərin bakalavr pilləsinə qəbulla bağlı keçirilən müsabiqədə uğur qazanan abituriyentlərin qeydiyyat müddəti bu gün başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunan vaxta qədər bu proseduru başa çatdırmalıdırlar. Əgər onlar bu gün qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək. Qeyd edək ki, ali məktəblərə qeydiyyat avqustun 20-dən başlayıb.

Sizin Reklam Yeriniz