Əlaqə Arxiv
news Image
2013.08.29
12:18
| A A A
Abituriyentlərə xəbərdarlıq!
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 illik ümumi orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 29-dan sentyabrın 6-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.
Sizin Reklam Yeriniz