Əlaqə Arxiv
news Image
2013.08.29
12:38
| A A A
"Bu hücumları Suriya hökuməti həyata keçirib"
Amerika Birləşmiş Ştatları Suriyada kimyəvi silah hücumlarının müxalifət qüvvələri tərəfindən deyil, Suriya hökuməti tərəfindən həyata keçirildiyinə inanır. Bunu ABŞ prezidenti Barak Obama "PBS" telekanalına müsahibəsində deyib. Obama ABŞ-ın Suriyaya hərbi müdaxiləyə dair hələ qərar vermədiyini, lakin Pentaqonun bir neçə mümkün variant hazırladığını bildirib.

"Hələ bir qərara gəlməmişik, lakin kimyəvi silahlardan istifadəyə qarşı beynəlxalq normaya toxunulmamalıdır və heç kim Suriyada mülki şəxslərə qarşı geniş miqyasda kimyəvi silahlardan istifadə edilməsi ilə bağlı mübahisə etməməlidir. Bütün dəlilləri nəzərdən keçirmişik və müxalifətin bu növ kimyəvi silahlara malik olduğuna inanmırıq. Biz inanmırıq ki, müxalifət qüvvələri bu cür çatdırılma sistemi ilə, raketlərdən istifadə etməklə bu hücumları həyata keçirə bilərdi. Bu qənaətə gəldik ki, əslində bu hücumları Suriya hökuməti həyata keçirib və əgər bu belədirsə, bunun beynəlxalq səviyyədə nəticələri olmalıdır." - deyə, Barak Obama bildirib.

Barak Obama onu da vurğulayıb ki, Suriyada uzun müddət davam edən və sonu görünməyən bir münaqişənin olmasını istəmir və ABŞ-ın müdaxiləsi olarsa, bu, məhdud miqyasda olacaq.

Bu arada, BMT-nin Təhlükəsizlik Şurasının dünən keçirilən qapalı iclasına böyük ümidlərin olmasına baxmayaraq, daimi üzvlər Britaniyanın təqdim etdiyi qətnamə layihəsi ətrafında razılığa gələ bilməyiblər. Rəsmi Vaşinqton Təhlükəsizlik Şursında konsensusun əldə olunmamasına görə növbəti dəfə Rusiyanı ittiham edib. Qeyd edək ki, dünən Britaniya hökuməti BMT-nin Təhlükəsizlik Şurasına Dəməşqdə kimyəvi hücuma görə Suriya hökumətini pisləyən qətnamə layihəsi təqdim edib. Qəti ölçülər sırasında hərbi müdaxilə variantı da istisna edilmir. Bu gün isə Britaniya parlamenti Suriya məsələsində ölkənin atacağı addımları müzakirə etmək üçün fövqaladə iclas keçirəcək.
Sizin Reklam Yeriniz