news Image
2013.08.29
11:54
| A A A
Litva prezidenti Azərbaycan və Macarıstandakı səfirlərin geri çağrılmasına dair qərar qəbul edib

Litva Prezidenti Dalya Qribauskayte ölkənin Azərbaycan və Macarıstandakı səfirləri Arturas Jurauskas və Renatas Yuşkanın geri çağrılması barədə qərar qəbul edib.

Bu barədə Litva prezidentinin rəsmi internet səhifəsi xəbər verib.

Məlumatda deyilir ki, ölkə Konstitusiyası və hökumətin tövsiyəsi nəzərə alınaraq bu qərar verilib.

Qeyd edək ki, iyulun 8-də "YouTube" də iki Litva diplomatının telefon yazısı yüklənilib. Söhbətin "Şərq Tərəfdaşlığı" proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir.

Söhbətdə onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Dağlıq Qarabağın "Artsax" adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs