Əlaqə Arxiv
news Image
2013.08.29
15:54
| A A A
Prezidenti İlham Əliyev “İlin adamı” elan edildi
Dövlət başçısını “BizNewsAsia” jurnalı seçib Filippində çıxan və Asiya qitəsinin inkişaf etmiş ölkələrini, dövlət başçılarını, həyata keçirilən uğurlu islahatları əks etdirən tanınmış "BizNewsAsia" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "İlin adamı" elan edib. 

Mövqe.az-ın Yeni Azərbaycan Partiyasının saytına istinadla verdiyi məlumata görə, bununla əlaqədar jurnalda "İlin adamı" başlıqlı geniş məqalə dərc edilib. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun rəhbərliyi ilə həyata keçirilən siyasət haqqında ətraflı məlumat verilir. Yazıda ölkə başçısı İlham Əliyevin ilk dəfə hakimiyyətə gəldiyi 2003-cü illə müasir dövr müqayisə edilir və bu illər ərzində əldə olunmuş uğurlardan danışılır. 
Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevə həsr edilmiş "İlin adamı" məqaləsinin müəllifi Nepalın keçmiş baş naziri Madhav Kumardır.
Jurnalda yer alan "Əliyev erası: Azərbaycanın qızıl dövrü" adlı məqalədə isə son 9 ildə ölkədə aparılan islahatlar, həyata keçirilən çoxşaxəli iqtisadi, sosial siyasət, neft strategiyası və adambaşına düşən ÜDM, büdcə gəlirlərinin tənzimlənməsi və düzgün istifadəsi haqqında geniş məlumat verilir. Məqalədə xüsusi vurğulanır ki, məhz İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan dünyada özünəməxsus yer tutub.
Sizin Reklam Yeriniz