Əlaqə Arxiv
news Image
2013.08.29
16:20
| A A A
Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Azərbaycan, İordaniya, Küveyt, İsveçrə, İtaliya, Belçika, İspaniya, Yunanıstan, Fransa və Əlcəzair xarici işlər nazirləri arasında telefon danışığı olub.


APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, avqustun 28-də baş tutan telefon söhbətində Suriya məsələsi əsas müzakirə mövzusu olub.

 

M. Zərif İranın istənilən kimyəvi silahlardan istifadə edilməsini pislədiyini bildirib:  "Heç bir ölkə İran kimi kimyəvi silahlara görə qurban verməyib. Ona görə də Suriyada kim tərəfindən istifadə edilməsindən asılı olmayaraq, bu çirkin hücumu qınayırıq. Eyni zamanda bu xoşagəlməz hücumla bağlı BMT müfəttişlərinin ədalətlə ətraflı araşdırma aparmasını istəyirik. Çünki ilkin araşdırmalar Suriyada istifadə olunan kimyəvi silahların əldəqayırma olduğunu göstərir. Ona görə də hər kəsi araşdırma aparılmadan tələsik qərar verməklə Suriya hökuməti və ordusunu kimyəvi silahlardan istifadə etməkdə günahlandırmamağa çağırırıq".

 

İran XİN rəhbəri həmçinin bəzi ölkələrin Suriyaya qarşı hərbi müdaxilə təhdidlərinə də toxunub: "Dünya artıq yeni müharibənin öhdəsindən gələ bilməz. XXI əsrdə gücdən istifadə qəbuledilməzdir. Çünki bu, mövcud böhranı aradan qaldırmaq əvəzinə, onun əhatə dairəsini daha da genişləndirə bilər".

Sizin Reklam Yeriniz