news Image
2013.08.29
18:35
| A A A
Nazir: Azərbaycan ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı ATƏT/DTİHB ilə əməkdaşlığa hazırdır

Azərbaycan ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlığa hazırdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zuluetonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Görüşdə oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi durum və seçkiləri müşahidə etmək üçün beynəlxalq və yerli müşahidəçilər üçün yaradılmış şərait müzakirə edilib.

Nazir Elmar Məmmədyarov ATƏT-in seçkiləri müşahidə missiyasının fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən lazımı şəraitin yaradıldığını vurğulayıb.

Xanım Tana de Zulueto Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinq proqramı və müşahidə missiyasının tərkibi, eləcə də qısa və uzunmüddətli missiyalar haqqında məlumat verib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs