news Image
2013.08.29
19:15
| A A A
Azərbaycanda nikahların sayı 15 faiz artıb

2013-cü ilin ilk 6 ayında doğum faktının qeydiyyatı 78.700-ə, nikahların sayı da 15 faiz artaraq 38.500-ə çatıb.

Ədliyyə Nazirliyindən  verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə bu gün keçirilən nazirliyin Kollegiya iclasında bildirilib.

İclasda qeyd edilib ki, ümumilikdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 168 mindən çox əməliyyat aparılıb, notariat hərəkətlərinin sayı isə 1,7 milyonu ötüb.

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayı artıb, bu il 70 belə qurum dövlət qeydiyyatına alınıb, 72 mətbu nəşr uçota götürülüb.

Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3900-ə çatıb, KİV-in sayı isə 4800-ü ötüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs