Əlaqə Arxiv
news Image
2013.08.29
19:19
| A A A
Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin 95 illiyi Sloveniyada qeyd ediləcək

Müdafiə naziri Səfər Əbiyev Sloveniyanın müdafiə naziri Roman Yakiçlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Sloveniya əlaqələrinin son illər inkişaf etdiyini qeyd edən S. Əbiyev iki ölkə arasında imzalanmış hərbi sazişin bu sahədə də əməkdaşlığın tərəqqisinə geniş imkanlar yaratdığını vurğulayıb.

O, görüş zamanı sloveniyalı həmkarına bölgədəki gərgin hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin bu günədək sülh yolu ilə həll edilməməsinin səbəbləri barədə məlumat verib.

Öz növbəsində Sloveniyanın müdafiə naziri R.Yakiç də bu münaqişəni yaradan amillər və problemin həllinə maneçilik törədən yanaşmalardan xəbərdar olduğunu bildirib.

Görüş zamanı nazirlər hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini və digər zəruri əlaqələrin inkişafını önə çəkiblər.

Sloveniyanın müdafiə naziri gələn il hər iki ölkənin ortaq qəhrəmanı əfsanəvi Mixaylonun-Mehdi Hüseynzadənin 95 illiyinin Sloveniyada təntənəli surətdə qeyd ediləcəyini bildirib. R.Yakiç Azərbaycanın müdafiə nazirini həmin tədbirdə iştirak etməyə dəvət edib.

Sizin Reklam Yeriniz