Əlaqə Arxiv
news Image
2013.08.30
11:21
| A A A
“Qarabağ” məğlubiyyətə layiq deyildi”
"Düşünürəm ki, bu oyunda "Ayntraxt"ı tərlədə bildik. İlk dəqiqələrdən bura məğlub olmaq üçün gəlmədiyimizi nümayiş etdirdik. Sonadək mübarizə apardıq. Nəticə və göstərdiyimiz oyun da bunu sübut etdi".

"Azerisport.com"un verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayntraxt"la oyundan sonra deyib.

Q.Qurbanov komandasının məğlubiyyətə layiq olmadığını bildirib: "Bakıda söz vermişdim ki, Frankfurtda daha yaxşı oynayacağıq və cavab oyununda bunu etdik. Lakin heç də hər zaman istədiyin alınmır. Erkən qol buraxmağımıza baxmayaraq, oyunumuz hardasa alındı. Bir neçə təhlükəli epizodlar yaratdıq. Komandam məğlubiyyətə layiq deyildi. Düşünürəm ki, biz qrup mərhələsində oynaya bilərdik. Lakin artıq üçüncü dəfə pley-offda bəxtimizə güclü rəqib düşdü. Reynaldoya gəlincə isə biz də onun bu oyunda meydana start heyətində çıxmağını istərdik. Ancaq o tam hazır deyildi".

Qeyd edək ki, "Ayntraxt"a 1:2 hesabı ilə məğlub olan "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb. Lakin UEFA-nın bu gün keçiriləcək püşkatma mərasimini nəzərə alsaq, Ağdam təmsilçisin qrup mərhələsində oynamaq şansı hələ də qalır.
Sizin Reklam Yeriniz