Əlaqə Arxiv
news Image
2013.08.30
14:24
| A A A
Bakıda iki dost dənizdə batdı
Bakıda dənizdə iki dost batıb. Xəzər rayon Polis İdarəsindən Movqe.az-a  verilən məlumata görə, hadisə Xəzər dənizinin Şüvəlan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İki dost - 1981-ci il təvəllüdlü Anar Davud oğlu Mirzəyev və 1982-ci il təvəllüdlü Rəsul Nəriman oğlu Allahverdiyev dənizdə çimərkən batıblar.

Hər iki şəxsin cəsədi sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza şöbəsinə təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğundan araşdırma aparılır.
Sizin Reklam Yeriniz