Əlaqə Arxiv
news Image
2013.08.30
15:48
| A A A
İngiltərə Suriyaya hərbi müdaxiləyə "Yox" dedi

Movqe.Az xəbər verir ki, İngilis hökumətinin Suriyaya hərbi müdaxiləylə əlaqədar təklifi, Ümumi Palatada keçirilən səs vermədə qəbul edilməyib. Təklif 272-yə qarşı 285 səslə rədd edilib. İngiltərə Baş naziri Deyvid Kameron, səsvermədən sonra, "Parlamentin müdaxilə istəmədiyi açıqdır. Buna görə hərəkət edəcəyik "deyə bildirib. BMT silah nəzarətçilərinin hesabatının gözlənilməsini istəyən müxalifətdəki İşçi Partiyasının lideri Ed Miliband isə Kamerondan başqa bir səsverməyə qədər İngiltərənin hər hansı hərbi müdaxiləyə daxil olmaması mövzusunda zəmanət istəyib. Baş nazir Kameron da "Bu zəmanəti verə bilərəm" cavabını verib.







Sizin Reklam Yeriniz