Əlaqə Arxiv
news Image
2013.08.30
17:14
| A A A
Qobustan rayon icra hakimiyyətinin sabiq başçısı həbs edilib

Qobustan rayon icra hakimiyyətinin sabiq başçısı həbs edilib.


Xəzər Rayon Polis İdarəsindən  Mövqe.az-a verilən məlumata görə, avqustun 29-da 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) axtarışda olan Şamaxı rayonu, Şərifzadə küçəsi, ev 21 ünvanında yaşayan Rafiq Şıxməmməd oğlu Alışov tutularaq istintaqa təhvil verilib.

 

R. Alışova qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

 

Qeyd edək ki, R. Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra hakimiyyətinin başçısı olub.

 

Sizin Reklam Yeriniz