Əlaqə Arxiv
news Image
2013.08.30
20:23
| A A A
Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq işləmir

Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq işləmir.

Bunu ASAİF-in 11-ci Yay Forumu çərçivəsində "Gənclik, lobbiçilik, xaricdə təmsilçilik və Qarabağ" mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın xeyrinə, Ermənistanı təcavüzkar kimi tanıyan qətnamələr qəbul edilsə də, rəsmi İrəvana qarşı konkret cəza mexanizmləri tətbiq edilmir. Çünki beynəlxalq hüquq böyük dövlətlərin maraqları çərçivəsində fəaliyyət göstərir.

F.Məmmədov qeyd edib ki, Azərbaycan regionun lider dövləti olsa da, Ermənistanda vəziyyyət acınacaqlıdır.

"1989-cu ildə Ermənistanda 86 min uşaq doğulmuşdursa, keçən il 44 min uşaq doğulub. Bu da onu gösrtərir ki, keçən dövr ərzində Ermənistanda əhalinin sayı təxminən 2 dəfə azalıb. Hərbi sahədə də Azərbaycan Ermənistandan güclüdür.

Azərbaycanın tək hərbi büdcəsi 3,4 milyard dollar olduğu halda, Ermənistanın ümumi dövlət büdcəsi 2,7 milyard dollara bərabərdir ki, bunun da cəmi 550 milyon dollarını hərbi xərclər təşkil edir".

O, bildirib ki, Azərbaycan status-kvonun saxlanmasına yönələn addımlara qarşıdır.

"ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr münaqişənin həlli ilə bağlı bir sıra qətnamələr qəbul etsələr də, real addımlar atmırlar. Əksinə, status-kvonun davam etdirilməsi və vaxtının uzadılması yönündə fəaliyyətləri dəstəkləyirlər. Bu isə münaqişənin həllinə ciddi maneə törədir. Azərbaycan heç zaman ərazi bütövlüyünün pozulması faktı ilə razılaşmayacaq".

Sizin Reklam Yeriniz