Əlaqə Arxiv
news Image
2013.08.31
11:36
| A A A
Şirvan şəhərində 3 fərdi ev yanıb

Şirvan şəhərində yanğın hadisəsi baş verib. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus hər mərtəbəsi 330 kv.m olan ikimərtəbəli 12 otaqlı evin ikinci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 330 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları, habelə yaxınlıqdakı digər vətəndaşa məxsus hər mərtəbəsi 216 kv.m olan 6 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 3 otağın, mətbəxin və aynabədinin yanar konstruksiyaları 216 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Hər iki evin birinci mərtəbələri və bitişik evlər yanğından mühafizə olunub.

Şirvan şəhərində daha bir yanğın hadisəsi olub. Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Sizin Reklam Yeriniz