news Image
2013.08.31
10:50
| A A A
Bəşər Əsədin 11 yaşlı oğlu ABŞ-ı müharibəyə çağırdı

Suriya lideri Bəşər Əsədin 11 yaşlı oğlu ABŞ-a səslənib. Mövqe.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, o, ABŞ-ı tez zamanda Suriyaya hücum etməyə dəvət edib. Hafiz "Facebook" səhifəsində bu barədə status paylaşıb:

"Mən çox istəyirəm ki, onlar bizə hücum etsinlər. Çünki istəyirəm ki, onlarlar o böyük səhvi etsinlər".

Statusun müəllifi qeyd edib ki, gücünə baxmayaraq, ABŞ-ın qələbə çalmaq üçün heç bir şansı yoxdur. Onun bu fikirlərini bir necə dostuda bəyənib. Bəyənən dostların Suriyanın digər yüksəkrütbəli məmurların övladları olduğu istisna edilmir.