news Image
2013.08.31
14:30
| A A A
Azərbaycana külli miqdarda qızıl keçirilməsinin qarşısı alın
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Türkiyədən Azərbaycana piyada dəhlizi ilə gələn Azərbaycan vətəndaşı Şamama Məmmədovaya gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük bəyannaməsi təqdim olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AMNS PRESS-ə verilən məlumata görə, Şamama Məmmədova gömrük bəyannaməsində ona məxsus 100 qram qızıl olduğunu göstərib və ümumi çəkisi 100 qram olan 9 ədəd üzüyü və 8 dəst tana-üzüyü gömrük nəzarətinə təqdim edib.

Sonra Şamama Məmmədovanın üzərində "TMD-2" markalı stasionar metal aşkar edən çərçivə ilə gömrük nəzarəti keçirilib. Baxış zamanı metal aşkar edən cihazın göstərdiyi reaksiya ilə əlaqədar olaraq vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama nəticəsində isə vətəndaşdan üzərində gizlətdiyi, eləcə də gömrük bəyannaməsində göstərmədiyi sarı metaldan hazırlanmış, ümumi çəkisi təxminən 553 qram olan - 12 ədəd üzük, 6 ədəd kulon, 28 cüt tana, 23 ədəd bilərzik, 2 ədəd sancaq və 24 ədəd boyunbağı aşkarlanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs