news Image
2013.08.31
15:13
| A A A
Türkiyə səfiri: “TANAP layihəsi çərçivəsində inşaat işlərinə ilin sonlarında start veriləcək”
Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi gələn ilin sonunda başa çatacaq

 "Azərbaycanın və Türkiyənin ortaq TANAP layihəsi çox gözəl bir şəkildə irəliləyir. Burada keçirilən görüşlərdə tərəfdaşlarımız hər şeyin qaydasında olduğunu bildiriblər. Bütün işlər plan üzrə davam edir. Layihənin inşaat işlərinə ilin sonlarında başlanacağı gözlənilir".  APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.

Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi ilə bağlı danışan səfir bildirib ki, layihənin gələn il sona çatdırması planlaşdırılır: "Bu dəmiryolu vasitəsi ilə Çinlə Londonu birləşdirmək mümkün olacaq. İş öz qaydası ilə davam edir. Onu deməliyəm ki, layihə tək region üçün deyil, qlobal səviyyədə vacib olan bir layihədir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs