news Image
2013.09.06
12:49
| A A A
Rezidenturaya qəbul imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidentura səviyyəsinə qəbul imtahanı keçirəcək. Movqe.az xəbər verir ki, bunu  TQDK-nın şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. N. Əliyev deyib ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu avqustun 18-dən 23-dək aparılıb və 1297 nəfər elektron ərizəsini təsdiq etdirib. Onlardan 942 nəfəri qız, 355 nəfəri isə oğlanlardır. Onun sözlərinə görə, birinci imtahan mərhələsi sentyabrın 9-da, ikinci mərhələnin imtahanı sentyabrın 10-da olacaq: "Birinci mərhələdə namizədlərin baza təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı 50-dən az olmamalıdır. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq".

N.Əliyevin sözlərinə görə, rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 528-dir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs