Əlaqə Arxiv
news Image
2013.10.03
11:44
| A A A
Gəncədə bir azyaşlı oğurluq üstündə saxlanılıb

Kəpəz TV-yə istinadən məlumat verib ki, Gəncədə 95 saylı apteki sentyabrın 29-dan 30-a keçən geçə qarət edərək 4 min 600 manat nəğd pul aparmış azyaşlı saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oğurluğu törədən şəxs yetkinlik yaşına çatmayan, 1996-cı il təvəllüdlü azyaşlı, Cinayət Məcəlləsinin 127.1 - qəsdən sağlamlığa zərər vurma və 221 - xuliqanlıq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Xatırladaq ki, saxlanılan azyaşlı 3 həftə öncə aptekin yaxınlığında yerləşən ərzaq mağazasından da oğurluq edib. Oradan da 600 manat nəğd pul və 200 manat dəyərində müxtəlif markalı siqaret apardığı sübut olunub.

Sizin Reklam Yeriniz