Əlaqə Arxiv
news Image
2013.10.03
17:40
| A A A
"Azərsun Holding"in uşaqların sevimlisi olan məhsulu dünya bazarlarına çıxır
"4 ildir ki Azərbaycan bazarında uşaqların sevimlisinə şevrilən "Şokki-Mokki" krem şokaladları artıq dünya bazarlarına çıxır. Məhsulumuz Rusiya, Gürcüstan və Orta Asiya dövlətlərinə ixrac edilir". Movqe.az-ın məlumatına görə, bunu oktyabrın 3-də Trend-in mətbuat mərkəzində mətbuat konfransı keçirən "Azərsun Holding"in məhsul qprupunda marka müdiri Ellada Şiriyeva bildirib. O qeyd edib ki, "Shokki Mokki" krem şokoladlarını artıq gürcü və qazax ailələrində böyüyən uşaqlar da tanıyır: "Artıq ailələrdə nəinki uşaqlar, hətta böyüklərdə bu məhsulu sevirlər". E.Şiriyevanın sözlərinə görə, ötən 4 il ərzində "Shokki Mokki" bazarda 10-15 il fəaliyyət göstərən markaları arxada qoyaraq lider olub: "Artıq "Shokki Mokki" markası təkcə uşaqların, böyüklərin sağlamlığın faydalı olan marka kimi deyil, həm də sosial məsuliyyəti özündə daşıyan bir marka kimi də tanınıb". E.Şiriyeva deyib ki, sosial layihələr Azərbaycanın digər bölgələrində də həyata keçiriləcək. Onun sözlərinə görə, bu dəfə də həmişə olduğu kimi "Shokki Mokki" markası məktəblilərin yanında olacaq: "Sosial layihələrin həyata keşirilməsində biz Təhsil, Daxili İşlər Nazirlikləri ilə əməkdaşlıq edirik. Məktəblərdə yol hərəkət qaydalarının, Azərbaycanın mədəni irsinin öyrənilməsi yönümlü layihələrimiz var. Biz bu layihələrin Azərbaycanın bütün bölgələrini əhatə etməsini istəyirik". "Shokki Mokki" məhsullarının keyfiyyətindən danışan E.Şiriyeva bildirib ki, bu məhsulların istehsalından tutmuş qablaşdırılmasınadək ən müasir texnologiyalardan istifadə olunur. Krem şokaladın tərkibi haqqında məlumat verən şirkət səlahiyyətlisi məmulata qatılan fındığın Zaqatala Fındıq Zavodundan alındığını deyib. E.Şiriyeva artıq 720 qaramlıq qablarda bazara çıxarılan yeni "Shokki Mokki"-ni də təqdim edib: ""Shokki Mokki" artıq Azərbaycan bazarlarını aşıb. Yaxın gələcəkdə biz öz məhsullarımızın ixaracatını daha da genişləndirməyi və Avropa bazarlarına çıxarmağı qarşımıza məqsəd qoymuşuq".

E. Şiriyeva artıq "Azərsun Holding"in məhsulu olan "Zeytun bağları"məhsulunun da istehsal həcmini artırmağın planlaşdırıldığını söylədi. Abşerronun adı dillərdə olan zeytun bağlarından dərilən zeytunlarından hazırlanan yağların Azərbaycanda artıq istehlakının artdığını qeyd edib: "Artıq bazarda "Azərsun Holding"in Zeytun bağları yağları sevilir. Azərbaycan ailələrinin ağız dadına uyğun olan bizim zeytun yağımız artıq eksport malların da sırasında yer alıb. İndi nəzərdə tuturuq ki, Abşeronda zeytun bağlarının sahəsini genişləndirək. Şirkətimiz aprel ayından etibarən bu istiqamətdə layihələrə start verib".

Qeyd edək ki, sevə-sevə süfrəmizə düzdüyümüz "Azərsun Holding"in keyfiyyətli məhsulları Azərbaycanı xarici ölkələrdə də yüksək səviyyədə təmsil edir.

Sizin Reklam Yeriniz