Əlaqə Arxiv
news Image
2012.05.24
14:19
| A A A
Bin Ladeni tutduran həkimə 33 il cəza verilib
Movqe.Az CNN-nə istinadən bildirir ki, Əl Qaidənin öldürülən lideri Usamə bin Ladinin tapılmasında Amerikaya kömək edən Pakistanlı həkim çətin anlar yaşayır. Həkim Şakil Afridiyə vətənə xəyanət ittiham; ilə 33 il həbs cəzası verilib.
Pakistan Bin Ladinin tapılması üçün həkim Afridini Abutabat şəhərində uşaqlar üçün saxta peyvənd kampaniyası təşkil edərək vətənə xəyanət etməkdə günahlandırıb. Beləliklə İslamabad rəhbərliyi Amerikanın Kəşfiyyat Təşkilatına kömək edən Afridini 33 il həbs cəzasına məhkum edib.
Bin Ladinin öldürüldüyü əməliyyatdan qısa müddət sonra, Afridi hökumətə qarşı plan qurmaqda təqsirləndirilərək nəzarətə alınıb və o, 3 min 500 dollar cərimələnib.
Hillari Klinton, onun həm Pakistan, həm də Amerikanın xeyrinə xidmət etdiyini deyərək, Afridinin sərbəst buraxılmasını istəyib.
Sizin Reklam Yeriniz