Əlaqə Arxiv
news Image
2012.05.25
13:45
| A A A
“Twitter” daha bir jurnalisti işindən azad edib
Movqe.Az "Euronews"a istinadən bildirir ki, "Twitter" jurnalistləri işindən azad etməyə davam edir. Fransada bir jurnalist may ayının 6-da keçirilən  prezidentlik seçkilərinin ikinci turunda François Hollandenin seçilməsi ilə bağlı sevincini "twitter"də paylaşdığı üçün işindən qovulub.
Fransız dövlət televiziyası "France 3" kanalının 25 illik təcrübəli müxbiri Cozef  Tualın atdığı "tweet"lərə görə heç bir məlumat verilmədən giriş kartı ləğv edilərək işinə son qoyulub.
Cozef  Tual  prezidentlik seçkiləri dövründə də Nikolas Sarkozi əleyhinə etdiyi xəbərlərlə tanınırdı.
Birliklər jurnalistin kanal rəhbərliyinin heç bir rəsmi məlumat vermədən "ağır səhv" səbəbi ilə təcrübəli jurnalistin işinə son qoyulmasına qarşı reaksiya göstəriblər.

Sizin Reklam Yeriniz