Əlaqə Arxiv
news Image
2012.05.26
12:39
| A A A
Xalq artisti ikinci dəfə beyin insultu keçirdi

Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov bu gün xəstəxanaya yerləşdirilib.

Lent.az-ın məlumatına görə, aktyor dublyajda olarkən özünü pis hiss edib. Pult arxasında onunla dublyajda olan həmkarları təcili yardıma zəng ediblər.

Xalq artisti təcili yardımla Mərkəzi Klinik xəstəxanaya çatdırılıb. Hazırda İlham Əsgərov reanimasiyadadır. Onun yenidən beynin insultu keçirdiyi ehtimal olunur.

Xatırladaq ki, 47 yaşlı xalq artisti iki il əvvəl beyin insultundan müalicə olunub. Həkimlər ona gərgin iş rejimindən uzaq olmağı tövsiyyə ediblər. Əks halda vəziyyət yenidən təkrar oluna bilər.

Dəqiq diaqnoz isə sabah bilinəcək.

Sizin Reklam Yeriniz