Əlaqə Arxiv
news Image
2013.12.04
14:48
| A A A
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşların təhlükəsizliyinə yüksək diqqət ayırır

Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə baş verən hadisələri diqqətlə izləyir.

Bu barədə Trend-ə diplomatik missiyadan bildirilib: "Bu gün səfirlik ölkədə baş verən hadisələri izləməkdə davam edir. Bizim üçün Azərbaycan vətəndaşlarının təhlükəsizliyi prioritetdir. Səfirliyə Kiyevdəki hadisələr zamanı zərər çəkən Azərbaycan vətəndaşları barədə məlumat daxil olmayıb".

Diplomatik nümayəndəlikdən bildirilib ki, Azərbaycan səfirliyi və Ukraynadakı diaspor təşkilatları Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə yüksək diqqət ayırır.

Hazırda Ukraynada altı mindən artıq azərbaycanlı tələbə təhsil alır.

Sizin Reklam Yeriniz