Əlaqə Arxiv
news Image
2013.12.05
10:30
| A A A
Hesablama Palatası Diasporla İş üzrə Dövlət Komitəsində yoxlama aparıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi yoxlanılacaq

Hesablama Palatasında Kollegiya iclası keçirilib.

 

Movqe.az-ın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondundan Xızı rayon İcra Hakimiyyətinə, dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə, Ağstafa və Astara rayonları üzrə dövlət torpaq fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğuna dair auditin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq təsdiqlənib.

 

Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim edilməsi qərara alınıb. Kollegiya iclasında Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına ayrılan dövlət büdcəsi vəsaitlərinin proqnozlaşdırılması və icrasına, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ayrılan dövlət büdcəsi vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, habelə "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin struktur bölmələri (Şəki regional logistik bazası və Şəki rayon aqroservis filialı) tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalara dair audit proqramları da təsdiq olunub.

Sizin Reklam Yeriniz