Əlaqə Arxiv
news Image
2013.12.15
15:14
| A A A
Bizi necə hava gözləyir?
Dekabrın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Temperatur gecə 0°-yə yaxın, gündüz 2-5° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 763 millimetr civə sütunundan 774 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur.

Temperatur gecə 5-10° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacaq.

Temperatur gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq.

Temperaturun gecə 1-6° şaxta, gündüz 1-5° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında arabir qar yağacağı gözlənilir.

Temperaturun 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə gecə 18-23° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq.

Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimalı var.

Temperatur gecə 3° şaxtadan 2°-dək şaxta, gündüz 2-5° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Sizin Reklam Yeriniz