Əlaqə Arxiv
news Image
2013.12.18
17:47
| A A A
Bələdiyyə evlərindən hələ də xəbər yoxdur
Vüqar Tofiqli: «Bu gün Azərbaycan bələdiyyəsinin büdcə gəliri o prosesin, o layihənin icrasına imkan vermir» Rövşən Talıbzadə: «Əslində, belə mənzillər dövlət tərəfindən tikilib bələdiyyələrin balansına verilməlidir»

Bir sıra Qərb ölkələrində, eləcə də qonşu ölkə Türkiyədə bələdiyyələrin əsas qazanc mənbələrindən inşa edərək biri icarəyə verdikləri mənzillərdən əldə etdikləri gəlirlərdir. Belə ki, bələdiyyələr onlaar məxsus ayrı-ayrı ərazilərdə mənzil tikintisi aparır, tikdikləri mənzilləri aşağı qiymətlərlə ehtiyacı olan insanlara icarəyə verirlər. Bununla həm insanların evə olan tələbatı ödənir, həm də proses  bələdiyyələrin büdcəsinin formalaşmasında mühüm rol oynayır. Ölkəmizdə isə hələ də bu təcrübədən istifadə olunmur. 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli saytımıza verdyi açıqlamada Azərbaycanda da Konstitusiyaya əsasən, bələdiyyələrin belə səlahiyyətlərə malik olduğunu dedi:  "Azərbaycan Respublikasının Konstitusiyasında buna aid məsələlər öz əksini tapıb. Yəni, qanunvericilik və qanunvericiliklə bağlı normativ hüquqi sənədlərdə məsələ kəsini tapıb,  bələdiyyələr bununla bağlı addım ata bilərlər. Bu, problemli bir məsələ deyil. Qanunvericilyə əsasən, həyata keçirilə bilər". 

Onun sözlərinə görə, bizdə bu layihənin həyata keçirilməməsində problem yalnız bələdiyyələrin büdcəsinin kifayət qədər olmamasıdır: "Sadəcə olaraq, problem ondadır ki, bu gün Azərbaycan bələdiyyəsinin büdcə gəliri o prosesin, o layihənin icrasına imkan vermir. Ona görə ki, bu gün bələdiyyələrin maaliyyə durumları, vəziyyəti yuxarı səviyyədə deyil. Bu gün Azərbaycan bələdiyyəsinin büdcə gəliri 2000 manat ətrafındadır. Bu məbləğlə hər hansı bir addım atılması mümkün deyil. Bu pulla əmək haqları çətinliklə ödənir. Və yaxud da ki, yalnız digər ödəmələri həyata keçirə bilirlər. Amma konkret olaraq sözügedən layihənin icrası üçün istənilən halda bələdiyyələrin büdcə gəlirləri artırılmalıdır. Onların həm maddi durumu buna imkan verməlidir, həm də müəyyən səlahiyyət çərçivəsində o prosesin həyata keçirilməsi üçün bələdiyyələrə müəyyən güzəştlər tətbiq edilməlidir. Yalnız bu halda sözügedən layihənin bələdiyyələr tərəfindən həyata keçirilməsi mümkündür". 

 "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin üzvü Rövşən Talıbzadə isə belə evlərin dövlət tərəfindən tikilib bələdiyyələrə təhvil verilməli olduğunu söylədi:  "Bununla bağlı Mənzil Məcəlləsində bir sıra məsələlər var. Yəni ki, bu kimi mənzillərin tikilməsi, onların aztəminatlı ailələrə sosial kirayəyə verilməsi, onların mənzillərlə təmin olunması kimi məsələlər Mənzil Məcəlləsində öz əksini tapıb. Əslində, belə mənzillər dövlət tərəfindən tikilib bələdiyyələrin balansına verilməlidir. Qanuna əsasən, dövlət tərəfindən tikilən evlər ona görə bələdiyyələrin idarəsinə verilməlidir ki, bələdiyyə onu aztəminatlı ailələrə uzunmüddətli dövr üçün kirayəyə versin. Yəni bu ipoteka da sayılmır. 25-30 il müddətinə vətəndaş bələdiyyəyə cüzi məbləğ ödəyərsə,  sonradan həmin ev onun öz onun öz balansına keçir. Vətəndaş sonradan onu özəlləşdirə bilir. Yəni bunun kimi məsələlər bizim qanunvericilikdə öz əksini tapıb. Sadəcə olaraq, həyata keçirilməsi ilə bağlı işıq ucu görünmür. Bunun bu il, ya gələn il, yoxsa ondan sonrakı il  həyata keçiriləcəyi məlum deyil. Hal-hazırda bunun həyata keçirilməsi haqda konkret bir addım müşahidə olunmur".  


Sizin Reklam Yeriniz