Əlaqə Arxiv
news Image
2013.12.20
17:00
| A A A
Putin: "Obamanı qısqanıram"

Movqe.Az xəbər verir ki, Rusiya Prezidenti Putin , 4 saat 15 dəqiqə davam edən ənənəvi mətbuat konfransında "Casusluq mövzusunda Obamaya qibtəylə baxıram. Müttəfiqlərini belə dinləyir. Amma ona heç nə olmur" deyib. Forbes jurnalının " 2013-cü ilin ən güclü adamı" seçdiyi Rusiya Dövlət Başçısı Vladimir Putin , dünən mətbuat qarşısında şou edib. Moskvada 1327 jurnalistin qarşısına çıxan Putin , 4 saat 15 dəqiqə müddərində sualları cavablayıb. Bir çox kanalda canlı yayımlanan yığıncaqdakı üst səviyyə hazırlıq üçün " Kremlin , "millətin atası Putin" mesajı vermək istəyir" şərhləri edilib. Rus jurnalistlərin bir çox dəfə gəldikləri bölgələrdəki problemlərə toxunması gözlərdən yayınmayıb. Bir jurnalist , ölkənin şərqində yerli polis ilə narkotik qrupları arasında toqquşma olduğunu deyib. Putin də yığıncaq bitmədən bölgəyə qrup göndərib. Dünyanın diqqəti isə Putinin Suriya , Ukrayna və ABŞ-da casusluq böhranı haqqında söyləyəcəklərində idi. Suriyadakı kimyəvi silahların yox edilməsinin yalnız öz müvəffəqiyyətləri olmadığını söyləyən Rus lider , "Rusiya , Ukraynanın AB-ə inteqrasiyasına qarşı deyil " deyib. ABŞ-ın Avropada taktika silahlarının olduğunu vurğulayan Putin , "Bu bizim üçün təhlükədir" deyib. Putin , İskəndər raketlərinin Kaliningradda yerləşdirilməsi qərarının hələ alınmadığını deyib. Rus lider , ABŞ kəşfiyyatının Almaniya Baş naziri Angela Merkelə qədər uzanan dinləmə skandalı haqqında isə sürpriz bir şəkildə ABŞ prezidenti Barak Obama rəhbərliyinə dəstək verdi. "Kəşfiyyatda izləmələr terrorla mübarizə mövzusunda əhəmiyyətlidir. Amma çox irəli gedilməməlidir " deyən Putin , "Casusluq çox qədim bir işdir. Etdiyim üçün bilirəm" deyərək KGB başçılığı dövrünə istinad edib. Putin həmçinin , "Obamanı qısqanıram . Casusluq edir. Üstəlik müttəfiqlərini dinləyir və bundan xilas ola bilir " sözləri ilə hər kəsi güldürüb.

Sizin Reklam Yeriniz