Əlaqə Arxiv
news Image
2012.05.31
12:29
| A A A
Əl Cəzirə artıq fransız dilində danışacaq

Movqe.Az "Euronews"a istinadən bildirir ki, Əl Cəzirə qrupu fransızca yayımlanacaq bir xəbər kanalı qurmağa hazırlaşır.

Qatar sərmayəli media , ingilis və ərəb dillərindən sonra yeni xəbər kanalı ilə, xüsusilə, fransız dilinin daha çox danışıldığı Şimal və Qərbi Afrika ölkələrini hədəfə alıb. Kanalın mərkəzinin Paris yerinə Seneqalın paytaxtı Dakar olması da bunu göstərir. Fransa mətbuatında söylənilir ki, Əl Cəzirənin bu addımı "France24" televiziyasının ərəbcə yayıma başlamasına qarşı bir hücumdur.

Kanalın mərkəzi üçün Fransanın seçilməməsinin bir səbəbinin də Fransa bürokratiyasının kobudluğu olduğu ifadə olunur. Fransız mətbuatında çıxış edən Əl Cəzirənin keçmiş işçisi, kanalın Dakarda Parisdəkindən daha azad olacağını bildirib.

Keçdiyimiz günlərdə iki yeni idman kanalı açaraq, Fransa Futbol Liqasının yayım haqqlarını alan qrupun yeni hücumlarının nə olacağı indidən maraq mövzusu olub.

Sizin Reklam Yeriniz