news Image
2013.12.26
11:15
| A A A
Müsəlman Qardaşları rəsmi olaraq terrorist adlandırdılar - FOTOLAR
Müsəlman Qardaşlar isə hücumları boyunlarına almayıb Misirdə ötən gün Mansuriyə şəhərindəki bir polis bölməsinə təşkil edilən və 16 nəfərin ölümünə səbəb olan bombalı hücumdan sonra Müsəlman Qardaşları təqsirləndirən zərbə hökuməti aldığı qərarla Müsəlman Qardaşların rəsmi olaraq terrorist elan edib. Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Müsəlman Qardaşların əlaltıları olduğu iddia edilən şəxslərin evlərinə, avtomobillərinə və iş yerlərinə hücum edilib. Polis bölməsi hücumunu Sinadan fəaliyyət göstərən Əl-Qaidəylə əlaqəli təşkilat Ənsar Beyt Əl Makdisin boynuna götürmüş olmasına baxmayaraq Müsəlman Qardaşlar hədəf alınıb. Hücumda həlak olanlar üçün təşkil edilən cənazə mərasimlərinə isə minlərlə insan gəlib. Müsəlman Qardaşlar isə hücumları boyunlarına almayıb. Londondakı qrup üzvü İbrahim Munir AFP xəbər agentliyinə hökümətin qəbul etdiyi qərarın "qanunsuz" olduğunu deyib. O, "etirazlar davam edəcək" deyə sözlərinə əlavə edib.


 Həmçinin Sudana keçərkən tutulan Misirin keçmiş prezidenti Məhəmməd Mursi dövründə baş nazirlik edən Hişam Şamın fotoşəkilləri yayımlanıb. Gizada ünvanı açıqlanmayan bir yerdə tutulan Şamın hücuma məruz qaldığı iddia edilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs