Əlaqə Arxiv
news Image
2013.12.26
15:37
| A A A
Qarabağ Qaziləri prezidentə müraciət etdi
E.Əsədov Zaur Həsənovun özünü yandırması hadisəsini millət vəkillərinin adına utanc olduğunu bildirib

Qarabağ Qaziləri İctimai Birliyinin Etimad Əsədov: "Vətən qarşısında xidməti olan insanları belə vəziyyətə salmaq lazım deyil"

Qarabağ Qaziləri İctimai Birliyinin üzvləri ötən gün özünü yandıran Qarabağ əlili Zaur Həsənovun müalicə edildiyi 5 saylı xəstəxananın qarşısına topalaşıblar. Bunu Ans press-ə açıqlamasında birliyin sədri Etimad Əsədov söyləyib. Onun sözlərinə görə, Qarabağ qazilərinə və vətən qarşında xidməti olan insanları belə vəziyyətə salmaq lazım deyil. 

"Bizi yandırmaq, acınacaqlı vəziyyətə salmaq, övladlarımızın gözü qabağında intihara cəhd etməyə vadar etmək lazım deyil. Bu çox dəhşətli bir haldır". 

E.Əsədov qeyd edib ki, məsələ ilə əlaqədar millət vəkilləri və məmurlar öz münasibətini bildirməlidilər.

İctimai Birliyin sədri həmçinin ölkə prezidentinə müraciət edib: "Cənab prezidentə müraciət edirəm ki, belə halların qarşısı alınsın. Məmurların bizim başımıza açdığı oyunlardan xəbərdar olsun. Bir deputat, millət vəkili xalqın güzəranını yaxşılaşdırmaq, Qarabağ qazilərini və vətən qarşısında xidməti olan insanların güzəranını yaxşıladırmaq əvəzinə beş övladı olan bir şəxsin dolanışıq yerini əlindən alıb onu ölümə sürükləyib, intihar etməyə vadar edirsə bu çox dəhşətli hadır". 

E.Əsədov Zaur Həsənovun özünü yandırması hadisəsini millət vəkillərinin adına utanc olduğunu bildirib: "Çox dəhşətli bir haldır buna ad qoymaq mümkün deyil. Sözün bitdiyin yerdir". 


Sədr Qarabağ əlillərinə verilən məvacibin az olmasından şikayətlənib.

Sizin Reklam Yeriniz