news Image
2013.12.26
16:47
| A A A
“AccessBank”ın dələduzluqda təqsirləndirilən əməkdaşı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində "AccessBank" QSC-nin "20 Yanvar" filialının kredit mütəxəssisi Kamal Fərəcov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə dekabrın 29-na təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin həmin şəxslərlə bağlı yaydığı məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cəmiyyətin "20 Yanvar" filialının kredit mütəxəssisi Kamal Fərəcovun tanışları - Vüqar Rəhimov, Zamiq Dadaşov və Seyran Umudov ilə qabaqcadan əlbir olub sonuncuların vasitəçiliyi ilə 2009-2010-cu illər ərzində ödəniş qabiliyyətləri olmayan ayrı-ayrı şəxsləri müştəri kimi cəlb edərək, maliyyə təhlili aparmadan onların adlarına kreditin verilməsi üçün zəruri olan sənədləri və məlumatları saxtalaşdırması müəyyən edilib. Habelə onların faktiki baxış keçirilmədən uydurma dövriyyə vəsaitlərini, ev əşyalarını kredit təminatı kimi girov qismində sənədləşdirmə yolu ilə 59 nəfərin adına ümumilikdə 108 min 640 manat məbləğində pulu kredit kimi götürüb ələ keçirməklə cəmiyyətə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Həyata keçirilmiş tədbirlər nəticəsində cinayət işi üzrə müəyyən olunmuş ziyanın bir qisminin təqsirləndirilən şəxslər tərəfindən ödətdirilməsi təmin olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs