news Image
2013.12.27
15:12
| A A A
Turşudan 6 nəfər zəhərlənib

Saatlı rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şirinbəy kəndində qeydə alınıb.

Evdə konservləşdirilmiş pomidor turşusundan bir ailənin 6 üzvü zəhərlənib. Kənd sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun həyat yoldaşı 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı, oğlu 1984-cü il təvəllüdlü Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu, ailənin digər üzvü  1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Azyaşlılar Bakıdakı 2 saylı Uşaq Xəstəxanasına, digərləri isə Toksikoloji Mərkəzə yerləşdirilib. Dilbər Səfərovanın vəziyyətinin ağır olduğu bildirilir.