news Image
2013.12.27
16:43
| A A A
"Azercell"lə "Mediacell" istifadəçiləri arasında qalmaqal

"Azercell"in "Mediacell" tarifinin bəzi abunəçiləri mobil operator tərəfindən bu tarifin istifadəçilərinə verilən 1 GB İnternet trafikinin pulunun qanunsuz onların balansından çıxıldığından şikayətlənirlər. Bu barədə Movqe.az-a danışan jurnalist Mahir Məmmədli bildirib ki, bu fakt dəfələrlə mobil operator tərəfindən təkrarlanmaqdadır: " Mən Mediacell tarifindən istifadə edirəm. Bu tarifin istifadəçilərinə hər ay 1 gb internet pulsuz verilir. Amma hər ay faktura dövründə həmin trafikin pulu məndən çıxılır, telefon xəttim bağlanır. Özü də bu gecələr baş verir. Səhər müştəri xidmətlərinə müraciət edirəm, yenidən həmin pul geri qaytarılır. Hər ayın 26-da eyni proses təkrarlanır".

"Mediacell" tarifinin istifadəçilərinin qarşılaşdıqları bu problem araşdırmaq məqsədilə Movqe.az "Azercell" Telekoma sorğu göndərib. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən sorğuya cavab olaraq bildirilib ki, "Mediacell" tarif paketinin şərtlərinə əsasən hər faktura dövründə 1 GB həcmli Mobil internet paketi hədiyyə olaraq təqdim edilir. Mobil İnternetdən istifadə həcmi 1 GB-dan artıq olduqda isə, hər əlavə 1 MB üçün 1 qəpik xidmət haqqı hesablanır: "Müraciətinizdə bildirilən nömrədə limit keçmə halı müşahidə edildiyindən nömrəyə xidmət göstərilməsinə məhdudiyyət qoyulub. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 8.1.-ci maddəsinə əsasən "Fakturalı Xətt sistemində: Hesab-fakturada əks olunan borc məbləği və ya kredit limitini aşma halı olarsa, həmin borc istifadə qaydalarında göstərilən müddətdə (o cümlədən son ödəmə tarixinədək) ödənilməzsə, "AZERCELL" Abunəçinin istifadəsində olan nömrənin rabitə xəttini birtərəfli bağlaya bilər. Nömrədən istifadəyə qoyulan məhdudiyyət, borc və gecikmə faizi və ya müvafiq kredit limit üzrə tələb olunan avans məbləği "AZERCELL"-ə ödənildikdən sonra nömrənin rabitə xətti tam olaraq (ikitərəfli) açılmaqla aradan qaldırılır". Abunə Müqaviləsinin 4.5.-ci maddəsinə əsasən ""AZERCELL" öz mülahizəsinə əsasən Abunəçinin mobil telefon danışıqlarına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaqla) müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçilməsi son ödəmə tarixindən əvvəl baş versə də, əlavə vəsait ödənilənədək nömrəyə xidmət göstərilməsini məhdudlaşdırmaq hüququna malikdir". "Azercell Telekom" MMC tərəfindən xidmətlərdən (o cümlədən Mobil İnternet xidmətindən) istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair öhdəlik götürülməmişdir. Abunəçilər nömrələrinin balanslarına kifayət qədər şəffaf formada, müxtəlif xidmətlər vasitəsi ilə nəzarət etmək imkanına malikdirlər. Abunəçilər nömrənin cari vəziyyəti (o cümlədən mövcud kredit limitinin həcmi) barədə məlumatı 650 (həmçinin online müştəri xidmətlərişəxsi kabinetim; Mobil İnternet Xidməti çərçivəsində isə balans barədə məlumat 2525 qısa nömrəsinə BALANS sözünü yazıb göndərməklə-xidmət haqqı 0,01 manat) xidməti vasitəsi ilə əldə etməsi mümkündür. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək tövsiyə edilir. Abunəçilər "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Əlavə məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin şirkətimizdə mövcud olan prosedura və təlimatlara əsasən "Azercell Telekom" MMC-yə hər hansı müraciət daxil olduqda araşdırmaya ehtiyac olmadıqda dərhal, belə ehtiyac olduqda isə lazımı araşdırmalar aparıldıqdan sonra yoxlanılmış konkret məsələyə dair ətraflı izahlar, cavablar müvafiq müddət ərzində təqdim olunur. Müvafiq nömrə ilə bağlı da müraciət daxil olduqdan sonra araşdırma aparılaraq nəticələrinə dair abunəçiyə məlumat təqdim edilmişdir. Nəzərə almanız xahiş olunur".

Movqe.az araşdırmalardan sonra şirkətin abunəçiyə təqdim etdiyi məlumatların nədən ibarət olduğunu öyrənmək məqsədilə təkrar şikayətçi ilə əlaqə saxlayıb. Jurnalist M. Məmmədli bildirib ki, ona bu barədə heç bir məlumat verilməyib: "Mənə heç bir izah verilmәyib. Telefon xətim ikitәrәfli açıq olduğu halda, dekabrın 26-sına keçәn gecә saat 01.00 radәlәrindә bağlanıb. Dekabrın 26-sı saat 17.00 radәlәrinә qәdәr faktiki olaraq zәng elәmәk hüququndan mәhrum olmuşam. Çoxsaylı müraciәtlәrimdәn sonra bu gün saat 17.49-da Azercell-dәn sms gәlib ki, 46 qәpik borcum var. Amma xәttim bağlı ola-ola bu borc necә әmәlә gәlib, bilmirәm". Jurnalist dekabrın 26-ı onun balansından çıxılan 6 manatın isə yenidən balansına geri qaytarıldığını bildirib".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs