news Image
2013.12.29
11:39
| A A A
İngiltərəyə Milad qasırğası xəbərdarlığı edildi - FOTOLAR

Met Ofisi İngiltərədə sarı həyəcan siqnalı verib. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. Ofis bazar ertəsi günü şiddətli külək və yağış xəbərdarlığı edərək Milad qasırğasının ölkəni iflic hala sala biləcəyi xəbərdarlığı edib. Bu qasırğadan İngiltərənin cənub-qərbinin, Uelsin və Şotlandiyanın daha çox təsirlənə biləcəyi deyilib. Baş Nazir Deyvid Kameron şuranı "Yeni ildə baş verə biləcək pis hava və daşqınlardan" ölkəni qorumaq üçün yeni plan hazırlamasına təşviq edib. Energetika firmaları 1500-ə yaxın evin Milad bayramından sonra da işıqsız qalacağını deyib. Xatırladaq ki, İngiltərə üçün 17, Şotlandiya üçünsə 17 daşqın xəbərdarlığı edilib. Temaza, Severn və Böyük Ouse çaylarının növbəti bir neçə gün ərzində səviyyəsinin artacağı deyilib. 



İngiltərənin müxtəlif yerlərində hazırki çay səviyyəsi

Miladdan sonra daha da artacaq.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs