Əlaqə Arxiv
news Image
2012.04.05
01:03
| A A A
Qarabağ məsələsinin həllinə Rusiya mane olur
“SSRİ bizə bir sıra problemləri irs qoyub”


"
Avronest Parlament AssambleyasıAvropa Şərq TərəfdaşlığıProqramının qurumudur biz yeni nəsil ticarət əlaqələrininyaradılmasına çalışırıq". Bunu Avronest Parlament Assambleyasının həmsədri, Avropa Parlamentinin təmsilçisiKristian Vigenn söyləyib. O, Dağlıq Qarabağ məsələsində Avronest Parlament Assambleyasının bir ölkəni dəstəkləyə bilməyəcəyini bildirib: "Bizə vaxt verin ki, bu qurumun işini quraq. Biz gələcəkdə regiondakı təhdidləri, münaqişələri müzakirə edə bilərik. Biz komitələrdəmüxtəlif təşəbbüsləri müzakirə edirik. Bizdə kompromis əldə olunub. Hətta biz xüsusi ölkələrin adlarını çəkməsək belə, tövsiyələrdəölkələr özlərinə yönələnləribaşa düşəcəklər".

Təşkilatın digər həmsədri Boys Tarasyuk isə deyib ki, eyni suallar Moldovada Dnestryanı bölgə, GürcüstandaAbxaziya məsələsi ilə bağlı verilə bilər. O, Qarabağ münaqişəsinin həllinə Rusiyanın mane olduğuna işarə edib: "SSRİ bizə bir sıra problemləri irs qoyub. Bunların arasında Dağlıq Qarabağ problemi var. Qarşılaşdığımız vəziyyət odur ki, Qarabağ məsələsində bir tərəfdə siyasi iradə yoxdur, digər ölkədə siyasi iradə yetərli deyil. Bir ölkə isə silahlı gücünə arxalanaraq təhdid yaradır. Mən Rusiyadan danışıram".

Sizin Reklam Yeriniz