news Image
2012.05.31
19:40
| A A A
Buraxılış imtahanlarından azad olunan şagirdlərin sayı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyinin əmrinə əsasən, 2011-2012-ci dərs ilində tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından azad edilən şagirdlərin adlı siyahısını açıqlayıb.

APA-nın Komissiyanın rəsmi internet saytına istinadən xəbərinə görə, Bakı şəhəri üzrə tam orta təhsil səviyyəsi üzrə 540 nəfər, ümumi orta təhsil səviyyəsi üzrə 252 nəfər buraxılış imtahanlarından azad edilib.

Gəncə şəhəri üzrə tam orta təhsil səviyyəsi üzrə 7, ümumi orta təhsil səviyyəsi üzrə 7 nəfər, Sumqayıt şəhəri üzrə tam orta təhsil bazası üzrə 37 nəfər, ümumi orta təhsil səviyyəsi üzrə 27 nəfər, Mingəçevir şəhəri üzrə tam orta təhsil bazası üzrə 7 nəfər, ümumi orta təhsil bazası üzrə 12 nəfər buraxılış imtahanlarından azad edilib.

Digər rayonlar üzrə buraxılış imtahanlarından azad edilən şəxslərin siyahısı da TQDK-nın rəsmi internet saytında yerləşdirilib.

TQDK həmçinin Təhsil Nazirliyinin əmrinə əsasən, 2011-2012-ci dərs ilində tam və ümumi orta təhsil səviyyələri üzrə nailiyyətlərə görə buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını da açıqlayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs