news Image
2012.05.31
19:12
| A A A
Azərbaycana qarşı ikiüzlülük tendensiyası əmələ gəlib
“Yüksək sürətlə inkişaf edən Azərbaycan dünyanın diqqətini cəlb edir”

"Azərbaycanın yüksək sürətlə inkişaf etməsi respublikaya təzyiq göstərmək istəyən bəzi qüvvələrin qısqanclığına və paxıllığına səbəb olur". Bunu Dağlıq Qarabağ münaqişəsinin həllindən Qafqaz regionunu əldə edəcəyi sosial-iqtisadi səmərəyə həsr edilmiş konfransında Sosial Bərabərlik Partiyasının sədri, Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı bildirib. O deyib: "Yüksək sürətlə inkişaf edən Azərbaycan dünyanın diqqətini cəlb edir. Bu da öz növbəsində bəzi qüvvələrin qısqanclığına və paxıllığına səbəb olur, Azərbaycana olan təzyiqin artması üçün şərait yaradır". X.Kazımlı respublikanın öz problemlərini həll etmək iqtidarında olması barədə respublika prezidentinin sözlərini nəzərə çatdırıb. "Yəni bizim ölkəmizin nə maliyyə, nə də digər yardımlara ehtiyacı yoxdur. Hegemon dövlətlər azad inkişaf edən ölkələrə birmənalı yanaşmır, çünki onların məqsədi şəxsi mənfəətlərinə görə maliyyə yardımı etməklə öz təsirlərini genişləndirməkdir", - deputat söyləyib. Onun fikrincə, Azərbaycana qarşı ikili standartlar yaradan ikiüzlülük tendensiyası müşahidə olunur. Azərbaycan siyasətində dinin rolu mövzusuna toxunan partiya rəhbəri bildirib ki, respublika dünyəvi dövlətdir və beynəlxalq münasibətlərə, ümumbəşəri dəyərlərə dünyəvi prizmadan baxır. O deyib: "İşğal olunmuş torpaqların azad olunmasının sürətindən və yollarından asılı olamayaraq, Azərbaycan təcavüz nəticəsində vurulmuş ziyan və itkilərin dəqiq hesabatını aparmalıdır. Beynəlxalq ekspertlərin iştirakı ilə ziyan hesablanmalı və dəqiq rəqəm bildirilməlidir, bununla əlaqədar olaraq, dünya ictimaiyyətinin nümayəndələri, həmçinin donor ölkələrin iştirakı ilə təqdimat mərasimləri keçirmək lazımdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs