news Image
2014.01.01
14:04
| A A A
Yanvar ayının hava proqnozu açıqlandı
Azərbaycan ərazisində 2014-cü ilin yanvar ayına olan hava proqnozu açıqlanıb.  Movqe.az-ın xəbərinə görə,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, lakin ayın ikinci yarısında temperaturun normadan bir qədər aşağı olacağı gözlənilir. 

Ayın ikinci yarısının bəzi günlərində anomal soyuq şaxtalı hava şəraiti üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti (gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir) olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə şaxta (gecələr 5-10, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə) olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 6-10 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə) isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti) bəzi günlərdə 5-9 dərəcə şaxta, dağlarda 12-17 dərəcə şaxta olacağı gözlənilir.