news Image
2014.01.02
16:00
| A A A
Etirazları rədd edildi

Movqe.Az Türk mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Baş prokurorluğunun icra etdiyi 17 dekabr əməliyyatı çərçivəsində həbs olunan 10 şübhəlinin həbs olunma etirazı rədd edilib.

İstintaq çərçivəsində keçmiş daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülər ​​və Xalq Bankı Baş direktoru Süleyman Aslanın da aralarında olduğu 10 şübhəlinin həbsinə etiraz edilmişdi. Şübhəlilərin vəkilləri əvvəl həbs qərarını verən 25. Sülh Cəza Məhkəməsindən qərarını nəzərdən keçirməsini istəmişdi. Tələbi qiymətləndirən məhkəmə verdiyi həbs qərarının yerində olduğunu bildirib.


Bundan sonra etiraz tələbləri UYAP üzərindən İstanbul 14. Asliye Cəza Məhkəməsinə göndərilib. Məhkəmə, həbs etirazlarını rədd edib. 25. Sülh Cəza Məhkəməsinin qərarının yerində olduğuna hökm edən məhkəmə, dəlil vəziyyəti, cinayətin xüsusiyyəti, texniki təqiblər və digər dəlilləri səbəb göstərərək rədd qərarı verib.