Əlaqə Arxiv
news Image
2014.01.02
19:05
| A A A
Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub

Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili və "IVECO" markalı sərnişin avtobusu toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.

 

Dərhal hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.


Sizin Reklam Yeriniz