Əlaqə Arxiv
news Image
2014.01.02
16:17
| A A A
Qubada yaşayış evində partlayış olub: iki yaralı var
Quba şəhərində yaşayış evində partlayış olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, şəhərin Sahil küçəsi, ev 4 ünvanında baş verən partlayışda 2 nəfər xəsarət alıb. 

FHN Şimal Regional Mərkəzindən verilən məlumata görə, partlayış sözügedən ünvandakı evin həyətindəki yarıtikilidə - mətbəxdə baş verib. Qaz sızması nəticəsində yaranmış partlayışda Mayıl Paşayev və onun həyat yoldaşı Zümrüd Paşayeva müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Mayıl Paşayevin vəziyyəti ağır olduğundan, onu Bakıya göndəriblər. 

Partlayışın dəqiq səbəbi FHN-in müvafiq qirumunun apardığı araşdırmalardan sonra bilinəcək.
Sizin Reklam Yeriniz