Əlaqə Arxiv
news Image
2014.01.03
19:07
| A A A
Azərbaycanda hərbçilər yol qəzasına düşüb, üç nəfər yaralanıb

Sabirabad rayonunda ağır yol qəzası baş verib.


APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, "Daewoo" markalı, 10 VZ 725 dövlət nömrə nişanlı avtomobil gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 18-ci kilometrliyində Şəhriyar kəndi ərazisində qəzaya uğrayıb. Sürətlə hərəkətdə olan avtomobil sərt döngədə yoldan çıxaraq aşıb.

 

Nəticədə sürücü - 1993-cü il təvəllüdlü Məmmədov Abbas Əlmirzə oğlu və sərnişinlər - Sumqayıt sakini, 1990-cı il təvəllüdlü Nuriyev Azər Akif oğlu və 1981-ci il təvəllüdlü Mirzəyev Elxan ağır bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Avtomobildə olan hər üç şəxs Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçulardır.

 

Yaralılar DİN-in Bakıdakı hərbi hospitalına göndəriliblər.

 

Faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz