news Image
2014.01.03
21:10
| A A A
Şaronun vəziyyəti pisləşib: oğulları müalicənin davam etdirilməməsini istəyiblər

8 ildir komada olan İsrailin sabiq Baş naziri Ariel Şaronun vəziyyəti getdikcə pisləşir və artıq yaxşılaşmasına ümid yoxdur. Trend Rusiya mətbuatına istinadən xəbər verir ki, belə bir bəyanatla bu gün Şaronun müalicə aldığı hospitalın rəhbəri çıxış edib.

Professor Zeev Rotşteyn bildirib ki, Şaronun bir neçə orqanı sıradan çıxıb: "Dünən biz onun vəziyyətini kritik kimi qiymətləndirdik. Bu gün də heç bir dəyişiklik yoxdur. Son 24 saat ərzində Şaronun vəziyyəti yavaş-yavaş pisləşir. Gələck barədə nəsə deyə bilmərik, lakin onun yaxşılaşacağına ümid yoxdur".

Ariel Şaronun vəziyyəti yanvarın 1-dən pisləşməyə başlayıb. Əvvəlcə onda böyrək çatışmazlığı müəyyən edilib, sonra aydın olub ki, vəziyyət daha da pisdir. Bu halda təcili cərrahi müdaxilə tələb olunur. Tibb işçiləri sabiq Baş nazirin ailəsini qərar verməyə dəvət ediblər.

İsrail mətbuatının yazdığına görə, Şaronun oğulları heç bir xüsusi prosedur keçirməməyi xahiş ediblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs