Əlaqə Arxiv
news Image
2014.01.04
18:11
| A A A
Ordunun əsgəri intihar edib
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu intihar edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Rahim Nail oğlu İsmayılov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, mərhum 2013-cü ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıbmış. 

 

Sizin Reklam Yeriniz