Əlaqə Arxiv
news Image
2014.01.05
17:25
| A A A
Azərbaycanda pilotsuz uçuş aparatı istehsal olunub
Müdafiə Sənayesi Nazirliyi “Matador” və “Marauder” tipli zirehli nəqliyyatları 14,5 millimetrlik pulemyotla təchiz edib Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2013-ci ildə 10 "Orbiter-2M" tipli pilotsuz uçuş aparatı istehsal edilib. 

ANS PRESS-in xəbərinə görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib. 

Nazir istehsal edilən bu uçuş aparatlarının həyata keçirilən bütün sınaqlardan uğurla keçərək sifarişçiyə təhvil verildiyini bildirib. 

Y.Camalov, həmçinin vurğulayıb ki, nazirliyin müəssisələrində istehsal olunan "Matador" və "Marauder" tipli zirehli nəqliyyat vasitələrinə 14,5 millimetrlik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılıb.
Sizin Reklam Yeriniz