news Image
2014.01.06
16:01
| A A A
ABŞ-da rekord şaxta

Movqe.Az xəbər verir ki, "Qütb burulğanı" özüylə daha güclü donmuş hava gətirərək ABŞ-ın müxtəlif bölgələrində yaranan potensial aşağı temperatur rekordunu daha da şiddətləndirib. Qış qasırğası Kanada və ABŞ-ın şimal-şərqini 60 sm-lik qarla əhatəsinə alıb. Bu isə son günlərdə 16 ölümə və 3.700-ə yaxın uçuşun ləğvinə səbəb olub. ABŞ-ın bəzi yerlərində məktəblər bağlanıb və sakinlər təhlükəsizlikləri üçün evlərindən çıxmırlar. Şimali və Cənubi Dakota, Miçiqan, Missuri, Nyu-York, Montana, Alabama ştatlarında şaxta və qar həyatı iflic edib. Çikaqoda qarın hündürlüyü 30, Miçiqanda isə 40 santimetrə çatıb. Minnesota, Viskonsin, İllinoys, İndiana və Ayova ştatlarında məktəblər bağlanıb. Buzlaşma səbəbindən yolların əksəriyyəti bağlanıb, sakinlərə evdən çıxmamaq tövsiyə edilib. Nyu-Yorkda çovğun və buzlaşma yol qəzalarının sayını artırıb. Şimali və Mərkəzi Amerikada temperatur -51 (-60F) dərəcəyə düşəcəyi proqnozlaşdırılır. Hidrometroloqlar son dəfə 20 il əvvəl belə hava şəraitinin yarandığını deyib. Son Arktik temperatur 1994-cü ildə baş vermişdi. Bu haqda Millli Hava Xidməti hidrometroloqu Bob Oravek "Reuters" xəbər Agentliyininə müsahibə verib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs