Əlaqə Arxiv
news Image
2014.01.06
17:02
| A A A
Çində məsciddə izdiham yaşanıb

Movqe.Az xəbər verir ki, Çinin qərbindəki Ningşia Hui (müsəlman) Muxtar Bölgəsindəki bir məsciddə çıxan izdiham nəticəsində 14 nəfər həlak olub.

Şinhua agentliyinin xəbərinə görə, Guyüen şəhərinin Şici qəsəbəsindəki Beyda Məscidində bir xatırlama mərasimi səbəbiylə toplanan Müsəlmanların, paylanan ənənəvi yeməkləri alarkən izdiham yaşanıb və 14 nəfər ölüb. Hadisədə 4-ü ağır 10 nəfər yaralanıb.


Ölkədə Hui etnik ünsürlərin ən sıx olaraq yaşadığı bölgələrdən biri olan Ningşiadakı hadisədə yaralananların, qəsəbə xəstəxanasına qaldırıldığı qeyd edilib.

Sizin Reklam Yeriniz