news Image
2014.01.06
16:53
| A A A
Son bir həftə ərzində Şamaxıda iki məktəbli qız özünü asıb

Şamaxı rayonunda 11 yaşlı qız özünü asıb.


Şamaxı rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, hadisə yanvarın 5-də rayonun Göylər kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Pərvanə Hafiz qızı Səlimova yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihara cəhd edib.

Göylər kənd orta məktəbinin V sinif şagirdi olan Pərvanə Səlimova koma vəziyyətində Ağsu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, dekabrın 30-da Göylər kəndində yaşayan 14 yaşlı Nuranə Aqil qızı İsmayılova da özünü asmışdı.

Hər iki faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.